İspaniyada Madrid məhkəməsi Avropa Super Liqasının UEFA və FIFA-ya qarşı iddiasını qismən təmin edərək, müvafiq qərar çıxarıb.
Arena.az AS dərgisinə istinadən məlumat verir ki, bu iş üzrə Super Liqa, adı çəkilən futbol qurumlarını hakim mövqelərindən sui-istifadə etməkdə və bazarda azad rəqabətə mane olmaqda ittiham edib.
Mənbənin məlumatına görə, qərarda həmçinin FIFA və UEFA, məqsədyönlü şəkildə rəqabət əleyhinə davranışlarını və fəaliyyətlərini dayandırmaq və gələcəkdə bu halların təkrarlanmasını qadağan etmək, həmçinin yarışdan əvvəl və ya yarış zamanı baş vermiş rəqabətə zidd davranışın bütün nəticələrini dərhal aradan qaldırmaq öhdəliyinə mükəlləf ediliblər. Vurğulanır ki, müvafiq qərar qəti deyil. Belə ki, bu qərardan hələ də apellyasiya şikayəti verilə bilər.
Xatırladaq ki, Madrid məhkəməsinin bu qərarı Avropa İttifaqı Ədalət Məhkəməsinin ötən ilin dekabrında verdiyi qərara uyğundur.


