Mahir Emreli Avroliqada növbəti matçına çıxdı

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Avropa Liqasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 24 yaşlı futbolçu Polşanın “Legiya” komandasının Moskva “Spartak”ı (Rusiya) ilə matçının iştirakçısı olub.

Varşavada baş tutan qarşılaşma “Legiya” üçün uğursuz alınıb. Belə ki, azərbaycanlı hücumçunun komandası meydanı 0:1 hesablı məğlubiyyətlə tərk edib.

Mahir Emreli bu oyuna start heyətdə başlayıb. Komandasına heç nə ilə kömək edə bilməyən futbolçumuz 72-ci dəqiqədə əvəzlənib.

“Legiya” bu nəticədən sonra qrup mərhələsini 6 xalla sonuncu pillədə başa vurub. “Spartak” 10 xalla qrup birincisi olub. “Napoli” də eyni xal toplamasına baxmayaraq, ikinci yerlə kifayətlənib. “Lester Siti” isə qrupda üçüncü yeri tutaraq mübarizəni dayandırıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: