Futbol üzrə Xorvatiya çempionatında 7-ci turun oyunları keçirilib. Arena.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Şibenik”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.
Mahir Emreli bu görüşün iştirakçısı olmayıb. Azərbaycanlı futbolçu sonadək ehtiyatda qalıb.
Son Xorvatiya çempionu olan “Dinamo” 7 turdan sonra 19 xalla zirvədə qərarlaşıb.


