Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli yeni komandası “Kayzerslauter”in heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu bu gün Almaniyanın “Hermersberq” komandasına qarşı keçirdikləri yoxlama oyununun iştirakçısı olub.
Mahir Emreli əsas heyətdə yer alıb. O, ilk 45 dəqiqədə meydanda olub. İlk hissəni 7:0 hesabıyla öndə başa vurmuş Mahirin komandası yekunda 10 cavabsız qolla qalib gəlib. Emreli komandasının 6-cı qolunu vurub.
Qeyd edək ki, bu, “Kayzerslautern”in 2025/2026-cı illər mövsümünə hazırlıq çərçivəsində ikinci yoxlama oyunu olub. Sözügedən kollektiv daha öncə Lüksemburqun “Saar” komandasını da 19:0 hesabıyla yenmişdi. Mahir həmin görüşdə də bir qol vurmuşdu.
Mahir “Kayzerslautern”lə bir neçə gün öncə 3 illik müqavilə bağlayıb. O, yeni komandasında 10 nömrəli formanı geyinir.


