Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Kayzerslautern”in Almaniya Kubokunda rəqibi bəlli olub.
Arena.az xəbər verir ki, Almaniya Kubokunda 2025/2026-cı illər mövsümünün ilk mərhələsinin püşkü atılıb.
“Kayzerslautern” turnirin birinci raundunda “RSV Ayntraxt 1949” komandası ilə üz-üzə gələcək. Bu qarşılaşma avqustun 17-də təşkil olunacaq.
Xatirladaq ki, Mahir Emreli ötən gün “Kayzerslautern”lə 3 illik müqavilə bağlayıb. O, yeni komandasında 10 nömrəli forma altında çıxış edəcək.


