Futbol üzrə UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin ilk görüşlərinə yekun vurulub. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha 3 qarşılaşma baş tutub.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşa “Legiya”sı Xorvatiyanın paytaxtı Zaqrebdə “Dinamo”nun qonağı olub. Görüş 1:1 hesabı ilə yekunlaşıb. Hesabı meydan sahibləri açıb. Polşa çempionu bərabərlik qolunu matçın sonlarında qolunu vurub. Matça start heyətdə başlayan Emreli 75-ci dəqiqədə əvəzlənib.
Portuqaliya “Benfika”sı Rusiyanın paytaxtı Moskvada “Spartak” üzərində inamlı qələbəyə sevinib. “Ferentsvaroş” isə Macarıstanda Çexiyanın “Slaviya” (Praqa) komandasına qalib gəlib.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab qarşılaşmaları avqustun 10-da baş tutacaq.
UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları
4 avqust
Spartak (Moskva, Rusiya) – Benfika (Portuqaliya) 0:2
Dinamo (Zaqreb, Xorvatiya) – Legiya (Polşa) 1:1
Ferentsvaroş (Macarıstan) – Slaviya (Praqa, Çexiya) 2:0


