Malik Fofana “Sanderlend”də!

Lion “Olimpik”inin 21 yaşlı belçikalı sol cinah hücumçusu Malik Fofana bundan sonra “Sanderlend”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Premyer Liqa təmsilçisi bu keçidə görə Fransa klubuna 30 milyon avro ödəyib. Belçikalı vinger yeni klubu ilə 5 illik (2031-ci ilin 30 iyununadək) müqavilə bağlayıb.

Malik Fofana “Gent”in yetirməsidir. Gənc vinger Lion “Olimpik”inə 2024-cü ilin yayında Belçika klubundan 19,5 milyon avro müqabilində keçmişdi. Belçikalı futbolçunun Fransa klubu ilə 2028-ci ilin 30 iyununa qədər müqaviləsi mövcud idi.

Fofana “Olimpik”in heyətində bütövlükdə 84 matça çıxıb, 19 qol və 8 məhsuldar ötürmə müəllifi olub.

Malik 2024-cü ilin oktyabr ayında debüt etdiyi Belçika yığmasında 5 oyuna 1 qol vurub.

“Transfermarkt” internet-portalı 21 yaşlı vingerin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: