“Malyorka” PSJ-nin qapıçısını heyətinə qatdı

İspaniyanın “Malyorka” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, La Liqa təmsilçisi Fransa çempionu PSJ-nin qapıçısı Serxio Rikonu heyətinə qatıb.

Bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı qolkiper icarə əsasında “Malyorka”ya keçib. O, mövsümün sonuna qədər bu komandanın uğurları üçün çalışacaq.

İspaniyanın “Sevilya” klubunun yetirməsi olan Serxio Riko 2019-cu ildən PSJ-də çıxış edir. Fransa çempionu onu öncə icarəyə götürmüş, 2020-ci ilin sentyabrında isə 6 milyon avroya birdəfəlik transfer etmişdi. O, Paris klubu ilə ümumilikdə 24 matça çıxıb və 16 qol buraxıb. Bu mövsüm cəmi 1 matçda meydana çıxmaq şansı əldə edən qolkiper, Paris təmsilçisi ilə bütövlükdə 5 kubok qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: