Fransanın “Strasburq” klubunun 19 yaşlı mərkəz müdafiəçisi Mamadu Sarr bundan sonra “Çelsi”nin uğurları üçün çalışacaq.
Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir.
“Zadəganlar” bu transferi 20 milyon avroya rəsmiləşdiriblər. 19 yaşlı mərkəz müdafiəçisi ilə 8 illik (2033-cü ilin 30 iyununadək) müqavilə imzalandığı diqqətə çatdırılıb.
Mamadu Sarr Fransanın “Lans” klubunun yetirməsidir. O, Lion “Olimpik”ində, “Molenbek”də də çıxış edib. “Strasburq” Mamadunu 2024-cü ilin avqustunda 10 milyon avro müqabilində Lion “Olimpik”indən transfer etmişdi.
Sarr Fransanın U-17, U-18, U-19 və U-20 yığmalarında çıxış etsə də, əsas milliyə dəvət almayıb.
“Transfermarkt” internet-portalı 19 yaşlı müdafiəçinin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.


