“Mançester Siti” 100 minlik transferi rəsmən açıqladı

İngiltərənin “Mançester Siti” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Premyer Liqa nəhəngi elitanın digər təmsilçisi “Aston Villa”dan Cek Qrilişi transfer edib.

Bu barədə “şəhərlilər”in mətbuat xidməti məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi ilə müddəti 2027-ci ilin yayına qədər olan sözləşmə imzalanıb.

Cek Qriliş “Mançester Siti”də 10 nömrəli formada çıxış edəcək. Britaniya mətbuatı sözügedən klubun bu transfer üçün 100 milyon funt-sterlinq ödəyəcəyini yazır. Bu isə Premyer Liqa tarixində bir futbolçu üçün ödənilən ən yüksək təzminatdır.

İngiltərə millisinin də üzvü olan Qriliş, “Aston Villa”nın öz yetirməsidir. O, 2013/14 mövsümünü icarə əsasında “Notts Kaunti”də keçirib. Vinger “Aston Villa”da keçirdiyi 213 matçda 32 qolla yadda qalıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: