“Mançester Siti” darmadağına, “Liverpul” inamlı qələbəyə sevindi

Futbol üzrə İngiltərə Premyer Liqasında 2-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə altı qarşılaşma keçirilib.

Turun açılış matçında “Liverpul” doğma meydanda “Bernli”ni qəbul edib və inamlı qələbəyə sevinib.

Ötən tur “Tottenhem”ə məğlub olan son çempion “Mançester Siti” bu turda “Norviç Siti”ni qəbul edib. “Şəhərlilər” bu görüşdə darmadağına seviniblər.

“Aston Villa” “Nyukasl”ı, “Brayton” isə “Uotford”u 2 cavabsız qolla məğlub edib. “Kristal Pelas” – “Brentford” və “Lids” – “Everton” matçlarında isə qalib müəyyənləşməyib.

İngiltərə Premyer Liqası
2-ci tur
21 avqust

Liverpul – Bernli 2:0
Qol: Jota, 18. Mane, 69.

Aston Villa – Nyukasl 2:0
Qol: İnqs, 45+3. El-Qazi, 62.

Kristal Pelas – Brentford 0:0

Lids – Everton 2:2
Qol: Klit, 41. Rafinya, 72 – Kalvert-Levin, 30-pen. Qrey, 50.

Mançester Siti – Norviç Siti 5:0
Qol: Krul, 7-öz qapısına. Qriliş, 22. Laporte, 64. Sterlinq, 71. Mahrez, 84.

Brayton – Uotford 2:0
Qol: Daffi, 10. Maupay, 41.

22 avqust

17:00. Vulverhempton – Tottenhem
17:00. Sauthempton – Mançester Yunayted
19:30. Arsenal – Çelsi

23 avqust

23:00. Vest Hem – Lester Siti

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: