“Mançester Siti”nin qapıçısı Niderland klubunda

“Mançester Siti”nin futbolçusu Ariyanet Muriç karyerasını Niderlandda davam etdirəcək.

Arena.az xəbər verir ki, 22 yaşlı qapıçı “Villem II” klubuna keçib.

Bu barədə Erediviziya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Muriç mövsümün sonuna qədər icarə əsasında sözügedən klubda çıxış edəcək.

Muriç mövsümün ilk dövrəsini İspaniyanın “Jirona” klubunda keçirib. Kosovolu qapıçı Sequndada 6 oyuna çıxıb. O, bu görüşlərdə 5 qol buraxıb.

Muriç Kosovo milli komandasına da dəvət alır.