“Mançester Yunayted” Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində qarşılaşacağı İtaliyanın “Milan” klubu ilə ilk matça ciddi itki ilə çıxa bilər.
Arena.az xəbər verir ki, “qırmızı şeytanlar”ın hücumçusu Markus Raşford böyük ehtimalla sabah keçiriləcək qarşılaşmanı buraxacaq.
Premyer Liqanın 27-ci turu çərçivəsində keçirilən “Mançester Siti” ilə səfər matçında (2:0) ayaq biləyindən zədə alan Raşfordun “Milan”la ilk oyuna qədər tam sağalması mümkünsüz görünür.
Qeyd edək ki, sabah keçiriləcək “Mançester Yunayted” – “Milan” matçına saat 21:55-də start veriləcək.


