İngiltərənin “Mançester Yunayted” klubu futbolçusu Fakundo Pellistrini icarəyə verib.
Arena.az xəbər verir ki, uruqvaylı cinah oyunçusu mövsümün sonuna qədər “Alaves”də çıxış edəcək. Bu barədə La Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
Fakundo 2020-ci ilin oktyabrında Uruqvayın “Penyarol” klubundan 8.5 milyon avro qarşılığında “Mançester Yunayted”ə keçmişdi. Lakin 19 yaşlı futbolçu hələ “qırmızı şeytanlar”ın əsas komandasında rəsmi oyun keçirməyib.