“Mançester Yunayted” Rafael Varanı transfer etdi

İngiltərənin “Mançester Yunayted” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Premyer Liqa nəhəngi İspaniyanın “Real” klubunun müdafiəçisi Rafael Varanı transfer edib.

Bu barədə Mançester klubunun rəsmi saytı məlumat yayıb. “Qırmızı şeytanlar” bu transferə görə Madrid klubu ilə prinsipial razılıq əldə olunduğunu və futbolçunun ən qısa zamanda tibbi müayinədən keçərək rəsmi müqaviləyə imza atacağını açıqlayıblar. “Mançester Yunayted” ilə 28 yaşlı futbolçu arasındakı sözləşmənin müddəti açıqlanmır.

Qeyd edək ki, Rafael Varan 2011-ci ildən “Real”da çıxış edirdi. O, daha öncə yetirməsi olduğu Fransanın “Lans” klubunda forma geyinib. Fransa millisində 79 matça çıxan mərkəz müdafiəçisi, 5 qol da vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: