Üç futbolçunun bu yay İngiltərə nəhəngi “Mançester Yunayted”in düşərgəsini azad agent qismində tərk edəcəyi dəqiqləşib.
Arena.az bu barədə İngiltərə klubunun rəsmi sayıtna istinadən məlumat veir.
Mərkəz müdafiəçiləri – 30 yaşlı isveçli futbolçu Viktor Lindelöf və 37 yaşlı şimaliirlandiyalı futbolçu Conni Evans, həmçinin 33 yaşlı danimarkalı mərkəz yarımmüdafiəçisi Kristian Eriksen “qırmızı şeytanlar”dan ayrılacaqlar.
Ötən gün, mayın 25-də hər üç futbolçu İngiltərə Premyer Liqasının 2024/2025-ci illər mövsümünün sonuncu, 38-ci turunda “Aston Villa” ilə “Old Trafford”da keçirilmiş ev oyununda (2:0) meydana çıxıb. Lindelöf bütün oyunu meydanda keçirib, Evans və Eriksen isə 66-cı dəqiqədə əvəzetmədən meydana daxil olublar. Danimarkalı hücumçu “Mançester Yunayted”in ikinci qoluna imza atıb.


