Manuel Noyer AÇ-2024 üçün yığmaya çağırıldı

“Bayern”in qapıçısı Manuel Noyer qarşıdakı 2024-cü il Avropa çempionatında iştirak üçün Almaniya yığmasının ilkin heyətinə daxil edilib.

Arena.az bu barədə Alman Futbol İttifaqının (DFB) sosial şəbəkələrdəki rəsmi hesabları üzərindən açıqladığı məlumata istinadən xəbər verir.

Qapıçının yığmaya cağırışı bloqer-dülgər-damçı xanım tərəfindən elan edilib.

Alman Futbol İttifaqı oyunçuların çağırışını hər gün müxtəlif yollarla elan edəcək: bu, bütün oyunçular elan edilənə qədər, sosial şəbəkələrdə, məşhur simalar və televiziya vasitəsilə həyata keçiriləcək. Bundestimin tam heyəti mayın 16-da açıqlanacaq.

Daha əvvəl isə Alman Futbol İttifaqı Conatan Ta, Niko Şlotterbek və Aleksandr Pavloviçin ilkin iştirak ərizəsinə daxil edildiyi haqda məlumat verib.

Xatırladaq ki, 2024-cü il Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

Manuel Noyer “Şalke”nin yetirməsidir. Alman qapıçı 2011-ci ilin iyulundan “Bayern”də çıxış edir. Noyer Münhen klubuna 30 milyon avro müqabilində elə, “Şalke”dən transfer edilib.
Qapıçının Münhen klubu ilə cari müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Almaniya nəhəngi komandanın kapitan sarğısını məhz veteran Noyerə etibar edib.
Cari mövsümdə Noyer “Bayern”in heyətində bütün yarışlarda 32 oyuna çıxıb, 39 qol buraxıb, 11 oyunda qapısının toxunulmazlığını təmin edib.

Manuel hazırda kapitanı olduğu, 2009-cu ilin iyununda debüt etdiyi Almaniya yığmasının heyətində 117 oyun keçirib, 113 qol “yeyib”, 48 oyundan “quru” qurtulub.

Manuel Noyer futbol uğurlarına məhz “Bayern”də çıxış etdiyi müddətdə nail olub. “Bayern”lə Noyer 11 dəfə Bundesliqanın, 6 dəfə Almaniya Kubokunun, 7 dəfə Almaniya Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, 2 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub. Həmçinin Maneul 2 dəfə (2011, 2014) Bundesliqada mövsümün futbolçusu seçilib.

Alman qapıçı “bundestim”lə DÇ-2014-ün qalibi olub. Noyerin həmçinin Almaniyanın U-21 yığması ilə Avropa çempionatını (2009) qazanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: