“Betis”in baş məşqçisi Manuel Pelleqrini futbol üzrə Avropa Konfrans Liqasının finalında “Çelsi” ilə oyundan gözləntisini açıqlayıb.
Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən 71 yaşlı çilili mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Qalib gəlmək üçün, biz bütün mövsüm ərzində olduğumuz komanda kimi qalmalıyıq. Biz öz hisslərimizə hakim olmalıyıq, çünki nəhəng səhv bütün oyunun gedişatını dəyişə bilər. Bizim, bəzi oyunçularımızın hazırlığı ilə bağlı şübhələrimiz var. Sabah (artıq bu gün – redaktorun qeydi) biz, bu fəsadları çözə bilib-bilməyəcəyimizi müəyyənləşdirəcəyik. Sonra isə heyətlə bağlı müəyyənləşəcəyik.
Biz özümüzü Qoliafla döyüşdəki David olaraq görmürük.
Hesab edirik ki, bizim, qələbəyə elə həmin imkanlarımız var, ilk dəqiqələrdən də öz məqsədlərimizə müvəffəq olmağa çalışacağıq.
Komandaların büdcəsi burada əhəmiyyət kəsb etmir. Bizim, böyük təcrübəyə malik oyunçularımız var, biz özümüzə tamamilə əmin olacağıq və qalib gəlməyə çalışacağıq”, deyə Manuel Pelleqrini vurğulayıb.
“Betis” – “Çelsi” oyunu bu gün, mayın 28-də Polşanın Vrotslav şəhərinin eyni adlı şəhər stadionunda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.


