“Çelsi”nin baş məşqçisi Entso Mareska İngiltərə Premyer Liqasının 29-cu turu çərçivəsində keçirilmiş “Arsenal”la səfər oyununu (0:1) şərh edib.
Arena.az BBC-yə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Arsenal”la bizim aramızda məqamların yaradılmasında elə də böyük fərq yox idi. Biz daha da artığına lap yəqin müvəffəq ola bilərdik. Yekunda biz standart vəziyyətdən buraxdığımız qol nəticəsində məğlub olduq”, deyə Mareska vurğulayıb.
29 oyundan 49 xal toplamış “Çelsi” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Arsenal” isə 58 xalla 2-ci pillədədir.
Premyer Liqaya 70 xalla “Liverpul” başçılıq edir.


