“Çelsi”nin baş məşqçisi Entso Mareska “zadəganlar”ın cari mövsümdəki çıxışını ümumilikdə müsbət qiymətləndirib.
Arena.az “Çelsi”nin rəsmi saytına istinadən, 45 yaşlı italyan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Mən, bizim nə vaxt daha çox xoşbəxt və daha az xoşbəxt olacağımızı bilərək, elə, ilk gündən təzyiqdən zövq alımışam. Bu, mənim işimdir.
Təzyiqi hamımız hiss edirik. Klub təzyiq hiss edir, çünki biz elə, əvvəlcədən demişdik ki, onu olmalı olduğu məqama gətirməliyik. Bu, ən yaxşı dördlük və ya beşlikdir, Çempionlar Liqasında yerdir. Oyunçular, məşqçilər qərargahı və klub bunu dərk edirlər. Ümidvaram, biz mövsümü məhz orada başa vura biləcəyik.
Əgər mövsümün əvvəlində kimsə bizə, Çempionlar Liqasına düşmək üçün son iki oyunu qazanmalı olduğumuzu desəydi, biz, güman ki, xoşbəxt olardıq.
Ümumilikdə, cari mövsümdə bizim məqamlarımız olub, məsələn, ilk beş və ya altı ay ərzində, biziim ikinci və üçüncü yerdə qərarlaşdığımız vaxt, odur ki, biz hətta daha da yaxşı olmuşuq. İndi biz buradayıq və mövsümü yaxşı başa vurmağa çalışacağıq”, deyə Mareska vurğulayıb.
36 oyundan 63 xalla “Çelsi” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Müvafiq pillə “zadəganlar”ın növbəti mövsümdə Çempionlar Liqasında iştirakını təmin edir, amma London təmsilçisi mövsümü məhz bu pillədə və ya daha üst pillərdə başa vurmalıdır ki, fürsətini qaçırmasın.


