“Çelsi”nin baş məşqçisi Entso Mareska İngiltərə Premyer Liqasının 32-ci turunun “İpsviç Taun”la ev oyunundakı heç-heçəni (2:2) şərh edib.
Arena.az “Çelsi”nin mətbuat xidmətinə istinadən, italyan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Düşünürəm ki, biz oyuna pis başlamadıq, ardınca isə rəqib birinci qolu vurduqdan sonra oyunun hərəkiliyi büsbütün dəyişdi. Bu andan etibarən birinci hissənin sonuna qədər biz kifayət qədər yaxşı oynamırdıq, xüsusilə də müdafiədə, çünki buraxdığımız hər iki qol bizim səhvlərimizin nəticəsində gerçəkləşdi. Hesab edirəm ki, hər iki halda biz daha yaxşı müdafiə oluna bilərdik.
Yəqin ki, biz meydanda əminliyimizi itrimişdik, çünki oyuna nəzarət edir və yaxşı oynayırdıq. Amma udmağımız gərək olan oyunda hesabda geri düşdükdə – ağır olur. Ona görə də mən fasilədə oyunçularıma, qarşılıq vermək gərək olduğunu, həmçinin birinci hissənin son 25 dəqiqəsində olduğu kimi oynamaq lazım gəldiyini dedim.
İkinci hissədə biz yenidən özümüzə gəldik. Biz öz oyunumuza qayıtdıq, çoxsaylı fürsətlər yaratdıq, cinahlardan hücuma keçirdik və daha da hərəki fəaliyyət göstərirdik. İkinci hissə bizim ifamızda dəfələrlə yaxşı idi”, deyə Mareska vurğulayıb.
32 oyundan 54 xalla “Çelsi” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Autsayder “İpsviç Taun” isə 21 xalla 18-ci pillədədir.
Premyer Liqaya 76 xalla “Liverpul” başçılıq edir.


