“Çelsi”nin baş məşqçisi Entso Mareska Premyer Liqanın 8-ci turunun səfər oyununda “Liverpul”a 1:2 hesablı məğlubiyyətə aydınlıq gətirib.
Arena.az BBC-nin “Sky Sports” dərgisinə istinadı əsasında, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Biz məğlub olmağı sevmirik, amma mən komandamın çıxışını çox bəyəndim. Biz daha da artığına layiq idik, amma səmərəmiz yaxşı idi. Oyunun böyük hissəsini öz nəzarətimiz altında saxladıq.
Düşünmürəm ki, bu oyun bizim harada olduğumuzu müəyyən etmir. Ən yaxşı surətdə hazırlaşmışdıq, hər şey olduqca yaxşı keçdi. Biz daha çox risk etməliydik, amma ümumilikdə oyunçularımdan çox razıyam”, deyə Mareska bildirib.
İtalyan mütəxəssis hakimliklə bağlı mübahisəli məqama da toxunub:
“Bu oyunda hakimlərin mübahisəli qərarlarına münasibətim necədir? Mən rahatam. Uduzduğumuz üçün xoşbəxt deyiləm. Amma mən rahatam və komandanın oyunundan razıyam. Hakimin qərarları sizə də aydındır, mənə də aydındır, yəqin ki, hamıya da aydındır. Hakim qərar vermək üçün oradadır. Bəzən düz qərar verir, bəzən isə səhv edirlər. Burada deyiləcək başqa heç nə yoxdur”, – “Football.London” Mareskadan sitat gətirir.
8 turdan sonra 21 xal toplamış “Liverpul” Premyer Liqanın yarış cədvəlinə başçılıq edir. “Çelsi” isə 14 xalla 6-cı pillədədir.