Marko Verratti koronavirusa yoluxdu

Fransanın PSJ klubunun futbolçusu Marko Verratti koronavirusa yoluxub.

Arena.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

İtalyan futbolçunun koronavirus testi müsbət çıxıb və o, karantinə alınıb.

Marko Verratti PSJ-nin Liqa 1-də “Lill” və Çempionlar Liqasının 1/4 final mərhələsində “Bavariya” ilə qarşılaşacağı matçı buraxacağı dəqiqdir.

PSJ “Lill” ilə bu gün doğma meydanda qarşılaşacaq. Oyuna saat 19:00-da start veriləcək. “Bavariya” – PSJ görüşü isə aprelin 7-də baş tutacaq.