Marko Yohansson “Sumqayıt”da

Son olaraq Cənubi Azərbaycan klubu “Traktor”un şərəfini qorumuş Marko Yohansson bundan sonra “Sumqayıt”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Sumqayıt”ın mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə vurğulanır ki, 2026/2027-ci illər mövsümü üçün heyət çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçu keçidini reallaşdırıb. Sözügedən klub Təbrizin “Traktor” kollektivindən azad agent kimi ayrılmış isveçli qapıçı Marko Yohanssonu heyətinə qatıb.

Onunla mövsümün sonunadək nəzərdə tutulmuş müqavilə imzalayıb. 28 yaşlı futbolçu yeni komandasında 16 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, İsveçin “Malmö” klubunun yetirməsi olan Marko Yohansson karyerası boyunca “Trelleborq”, QAİS, “Myallbü”, “Hamburq”, “Bohum”, “Ayntraxt” (Braunşveyq), “Halmstad”, “Hanza” (Rostok) kimi klublarda çıxış edib.

Yohansson İsveçin U-17, U-19 və U-21 yaşadək futbolçulardan ibarət millilərinin şərəfini qorusa da, əsas yığmada debüt şansı qazanmayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: