Marotta: “A Seriyası Avropanın bir çox liqasından daha…”

“İnter”in prezidenti Cüzeppe Marotta İtaliya A Seriyasının yarış cədvəlinin üst sıralarındakı sıxlıq haqda söhbət açıb.

Arena.az “Football Italia” nəşrinə istinadən, Marottanın bu barədə fikrini təqdim edir:

“Mən bu vəziyyəti gözləmirdim, amma bu liqanın sevinci məhz bundadır: A Seriyası Avropadakı bir çox digər yarışlarla müqayisədə daha rəqabətlidir. Ancaq bu barədə danışmaq hələ tezdir, bəlkə də sonradan yarış cədvəlinin zirvəsindəki vəziyyət aydınlaşacaq. İndi biz bir neçə xal uzaqda olan çoxlu komanda görürük”, deyə Marotta bildirib.

17 turdan sonra İtaliya A Seriyasının avrokuboklara vəsiqə verən ilk altılığı belə sıralanıb:

“Atalanta” – 40 xal, “Napoli” – 38 xal, “İnter” – 37 yax (16 oyundan), “Latsio” – 34 xal, “Fiorentina” – 31 xal (16 oyundan), “Yuventus” – 31 xal.

Xəbəri sosial şəbəkələrdə paylaş: