Fransanın “Olimpik” (Marsel) klubu sol cinah müdafiəçisi Jordan Amavi ilə müqavilənin müddətini artırıb.
Arena.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
27 yaşlı futbolçu ilə yeni sözləşmənin müddəti 2025-ci ilin yayına qədərdir.
Amavi 2017-ci ildən Marsel təmsilçisində çıxış edir. Fransalı futbolçu bu mövsüm Liqa 1-də 11 oyuna çıxıb, 1 qola imza atıb.


