İngiltərənin “Lids” klubu baş məşqçisi Marselo Byelsa ilə müqavilənin müddətini uzadıb. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
66 yaşlı mütəxəssislə yeni müqavilənin müddəti 2022-ci ilin yayına qədərdir.
Qeyd edək ki, Marselo Byelsa 2018-ci ildən “Lids”ə rəhbərlik edir. Bu komandanı Premyer Liqaya məhz argentinalı mütəxəssis çıxarıb. Ötən mövsüm isə bu komanda Premyer Liqanı 9-cu pillədə başa vurub.
“Lids” Premyer Liqanın 2021/22 mövsümünün ilk turunda “Mançester Yunayted”lə qarşılaşacaq. Sabah keçiriləcək matça saat 15:30-da start veriləcək.


