Futbol üzrə İspaniya La Liqasında mart ayının ən yaxşı oyunçusu məlum olub.
Arena.az xəbər verir ki, Madrid “Real”ının hücumçusu Kərim Benzema ötən ayın ən yaxşısı seçilib.
Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. Benzema mart ayında iştirak etdiyi 3 oyunda 5 qol vurub, 1 məhsuldar ötürmə edib.
“Real” bu mövsüm La Liqada keçirdiyi 28 oyunda 60 xal toplayıb və 3-cü sırada qərarlaşıb. 62 xala malik “Barselona” ikinci, 66 xalı olan “Atletiko” isə liderdir.
Benzema da bu qarşılaşmalarda 17 qola imza atıb və bombardirlər yarışında üçüncüdür. “Barselona”nın hücumçusu Lionel Messi (23) və “Atletiko”nun forvardı Luis Suares (19) ondan daha çox qol vurub.


