Mateuş Boquş “Lids”i MLS klubuna dəyişdi

İngiltərənin “Lids” klubunun polşalı yarımmüdafiəçisi Mateuş Boquş Premyer Liqa təmsilçisindən ayrılaraq ABŞ-a üz tutub. Arena.az xəbər verir ki, 21 yaşlı futbolçu MLS-də mübarizə aparan “Los Anceles” klubuna transfer olunub.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Los Anceles təmsilçisinin bu keçidə görə Premyer Liqa təmsilçisinə cəmi 1 milyon avro ödədiyi bildirilir. Gənc futbolçu ilə müqavilə, müddəti daha bir il artırılmaq şərti ilə 2026-cı ilin 31 dekabrına qədər nəzərdə tutulub.

Mateuş Boquş “Lids”ə 2019-cu ilin qışında Polşanın “Rux” klubundan transfer olunmuşdu. Amma o, Premyer Liqa təmsilçisinin əsas komandasında cəmi 3 matça çıxıb. Məhz bu klubda əsas heyətə düşə bilmədiyi üçün gənc futbolçu “Loqronyes” və “İbitsa” komandalarında icarədə oynamaq məcburiyyətində qalıb. O, Polşanın U-16, U-17, U-19, U-20 və U-21 yığmalarında oynasa da, hələ əsas milliyə dəvət almayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: