Polşa yığmasının və Azərbaycan klubu “Qarabağ”ın qapıçısı Mateuş Koxalski bundan sonrakı karyerasını öz ölkəsində davam etdirəcək.
Arena.az xəbər verir ki, bu barədə Ağdam klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə vurğulanır ki, “Qarabağ” Koxalskinin transferi ilə bağlı Polşanın “Veçista” klubunun təklifini və futbolçunun istəyini nəzərə alaraq müsbət cavablandırıb. Klublar arasında aparılan danışıqlar uğurla yekunlaşıb və qapıçının transferi ilə bağlı razılıq əldə olunub.
“Qarabağ” futbolçuya Ağdam klubunda çıxış etdiyi müddətdə nümayiş etdirdiyi peşəkarlığa, komandanın uğurlarına verdiyi töhfəyə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Mateus Koxalski 2024-cü ilin avqustundan “Qarabağ”da çıxış edirdi. O, Ağdam klubunun heyətində 76 oyun keçirib, 87 qol buraxıb, 28 matçda qapısını toxunulmaz saxlayıb.
Koxalski “Qarabağ”la Azərbaycan çempionu olub (2024/2025), UEFA Çempionlar Liqasının 1/8 finalına vəsiqə uğrunda pley-offuna qədər irəliləyib və turnirdəki 40 seyvlə “Top-3”də qərarlaşıb.
“Qarabağ”dan əvvəl “Legiya” (Varşava), “Legionoviya”, “Radomyak”, “Stal” (Melets) kimi klublarda da forma geyinmiş Koxalski ölkəsinin U-16, U-17, U-18 və U-19 yığmalarında oynayıb. Amma ona əsas millidə debüt qismət olmayıb.


