Polşa yığmasının və Azərbaycan klubu “Qarabağ”ın qapıçısı Mateus Koxalski karyerasını yenidən öz ölkəsində davam etdirməyə çox yaxındır.
Arena.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.
İddiaya görə, 26 yaşlı qolkiper Ekstraklasa təmsilçisi “Veçitsa”ya (Krakov) keçməyə yaxındır. Hələlik mümkün transferin maliyyə şərtləri ilə bağlı konkret məlumat yoxdur.
Polşalı qapıçı daha əvvəl ölkəsinə qayıtmaq variantını nəzərdən keçirdiyini və “Vidzev”in onunla ciddi maraqlandığını da açıqlamışdı.
Xatırladaq ki, Mateus Koxalski 2024-cü ilin avqustundan “Qarabağ”da çıxış edir. O, Ağdam klubunun heyətində 60-dan çox oyun keçirib. “Qarabağ”dan əvvəl “Legiya” (Varşava), “Legionoviya”, “Radomyak”, “Stal” (Melets) kimi klublarda da forma geyinmiş Koxalski ölkəsinin U-16, U-17, U-18 və U-19 yığmalarında oynayıb. Amma ona əsas millidə debüt qismət olmayıb.


