Matşo Djalo “Başakşəhər”də – Rəsmi

Portuqaliyanın “Pasuş de Ferreyra” klubunun hücumameyilli yarımmüdafiəçisi Matşo Djalo “Başakşəhər”ə keçib.

Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Portuqaliya klubundan azad agent kimi ayrılmış 21 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Əslən Qvineya Bisaudan olan portuqaliyalı yarımmüdafiəçi 2027-ci ilin 30 iyununa qədər Türkiyə təmsilçisinin uğurları üçün çalışacaq.

Matşo Djalo “Pasuş de Ferreyra”nın öz yetirməsidir. O, 2019-cu ildən bu klubun əsas komandasında forma geyinirdi. Yarımmüdafiəçi bu komandada 95 oyuna 10 qol vurub, 4 məhsuldar ötürmə verib.

Portuqaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış gənc futbolçu bütövlükdə 23 oyuna 6 qolla yadda qalıb.

“Transfermarkt” internet-portalı 21 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 1,5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: