Matteus: “Bayer” Almaniyada və Avropada ilin komandasıdır”

Almaniya futbolunun əfsanəsi Lotar Matteus Leverkuzen “Bayer”inin 2024-cü ildəki çıxışlarından söhbət açıb.

Arena.az “Sky Sport Germany” dərgisinə istinadən, Matteusun bu barədə fikrini təqdim edir:

“Bu komanda Bundesliqada üstünlük saxlayırdı. “Bayer” Almaniyada və bəlkə də Avropada ilin komandasıdır. Onlar iki qənimət qazanaraq Avropa Liqasının finalına yüksəldilər. Bu, təsadüf deyil, bunun arxasında yaxşı və səylə zəhmət dayanır. Sükan arxasında olan insanlar uzaqgörəndirlər. Onlar yaxşı qərarlar qəbul edir və komandada yaxşı işləyirlər. Demək olar ki, müzakirələr aparılmır. Dərəbəyliyin qarşısını almaq bu günlərdə uğurun ən vacib amillərindən biridir. Leverkuzendə belə şeylər olmayıb. Ona görə də bu il (20024-cü ildə – redaktorun qeydi) komanda inamla irəliləyib.

Əlbəttə ki, Florian Virts və Xabi Alonso azacıq daha çox diqqət mərkəzindədirlər. Amma düşünürəm ki, Qranit Caka və Conatan Ta kimi oyunçular da öz mühüm vəzifələrini tapıblar. Baş məşqçinin etdiyi hər bir xüsus işə yarayıb. Amma bu kompozisiyanı da ona Simon Rolfes verib. Planlaşdırma erkən həyata keçirildi, hər şey icrasını tez tapdı və bütün heyət artıq daxili məqsəd kimi qarşıya qoyduqları məqama – zirvədə olmağa kökləndi”, deyə Matteus vurğulayıb.

Xatırladaq ki, “Bayer” 2024-cü ildə Almaniya Bundesliqasının və Almaniya Kubokunun qalibi olub. Avropa Liqasının fnalıda isə “əczaçılar” gözlənilmədən “Atalanta”ya məğlub olublar – 0:3.

Cari mövsümün birinci dövrəsini “Bayer” Almaniya Bundesliqasının yarış cədvəlində 15 oyundan 32 xalla 2-ci pillədə tamamlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: