Maurisio Poçettino “Çelsi” ilə ilk qələbəsinə şərh verdi

“Çelsi”nin argentinalı baş məşqçisi Maurisio Poçettino “zadəganlar”ın “Luton Taun”la oyunda qazandığı qələbəni şərh edib.

Arena.az bu barədə BBC-yə istinadən məlumat verir:

“Futbolçular və azarkeşlər üçün çox məmnunam və şadam. Bu, layiqli qələbədir. Biz əla oynadıq. Mən xoşbəxtəm, çünki ilk qələbə həmişə çox vacibdir. Bu, komandaya özünəəminlik və gördüyümüz işə inam bəxş edir”, deyə Poçettino bildirib.

Xatırladaq ki, İngiltərə Premyer Liqasının 3-cü turu çərçivəsində baş tutan oyunda “Çelsi” “Stemford Bric”də “Luton Taun”unu qəbul edərək, 3:0 hesablı inamlı qələbə qazanıb. Bu, Poçettinonun “zadəganlar”ın sükanı arxasında ilk qələbəsidir.

Hələ başa çatmamış 3-cü turdan sonra “Çelsi” 1 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət göstəricisi ilə 4 xalla Premyer Liqanın turnir cədvəlində 8-ci yerdə qərarlaşıb.

Maurisio Poçettino “Çelsi”nin baş məşqçisi vəzifəsinə 2023-cü ilin mayında təyin edilib. Argentinalı mütəxəssis bu vəzifəni müvəqqəti icra edən Frenk Lempardı əvəzləyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: