Futbol üzrə Argentina yığma komandasının və “İnter Mayami”nin kapitanı Lionel Messi Barselonaya qayıtmaq niyyətindədir.
Arena.az 38 yaşlı ulduz hücumçunun müvafiq açıqlamasını təqdim edir:
“Barselona üçün çox darıxırıq. Uşaqlarım və həyat yoldaşımla orda baş verənlər haqda daima söhbətləşirik. Yaşamaq üçün ora qayıtmaq istəyirik. Orda evimiz, hər şeyimiz var, odur ki, bunu istəyirik”, deyə “Leo” vurğulayıb.
Yeri gəlmişkən, “Barselona”nın prezidenti Joan Laporta əfsanələri olmuş argentinalı hücumçunun yenidən Kataloniya klubunun oyunçusu ola biləcəyinin mümkünlüyü ilə bağlı sualı cavablayıb:
“Hər şey istədiyimiz kimi alınmadı. Verəcəyimiz hörmət haqqı, hələ də etmədiyimiz müvafiq xüsusu hansısa surətdə təshih edə bilərsə, bu, yaxşı olardı. Messinin oyunçu qismində kluba qayıda biləcəyi haqda xəyalat isə yersizdir”, deyə Laporta vurğulayıb.
Xatırladaq ki, 38 yaşlı “Leo” hazırda “İnter Mayami”də çıxış edir və bu komandanın kapitanıdır.


