Messi Braziliya ilə oyunda baş verənləri repressiya adlandırdı

Argentina yığmasının kapitanı, hücumçu Lionel Messi Braziliya – Argentina oyunu (0:1) öncəsi baş vermiş iğtişaşları şərh edib.

Arena.az Messinin bu barədə fikirlərini təqdim edir:

“Biz polisin insanları döydüyünü gördük. Ailələrimiz tribunalarda idi. Eyni hadisə Libertadores Kubokunun finalında da baş verib. Futbolçular oyunu davam etdirməkdən daha çox tribunada baş verənlərdən narahat idilər. Vəziyyəti sakitləşdirmək üçün oyunu oynadıq.

Bu gecə biz tarix yazdıq, amma bunun yenidən braziliyalıların argentinalılara qarşı repressiyaları ilə yadda qalacağını söyləmək vacibdir. Buna dözmək olmaz, bu, dəlilikdir. Buna dərhal son qoyulmalı idi” – Lionel Messi baş verənlərə etirazını dilə gətirib.

Xatırladaq ki, “Marakana” stadionunda azarkeşlərin dava-dalaşı səbəbindən Argentina komandası meydanı tərk edərək, tribunalaraltı məkana yollanıb və bu səbəbdən oyun təxirə salınıb. Yarım saatlıq fasilədən sonra aregentinalılar meydana qayıtmaq qərarına gəliblər və oyunun çilili baş hakimi Pyero Maza qarşılaşmanı başladıb.

Oyun argentinalıların qələbəsi ilə başa çatıb. Yeganə qolu oyunun 63-cü dəqiqəsində mərkəz müdafiəçisi Nikolas Otamendi vurub.
Qələbə qələbə sayəsində Argentina yığması 2026-cı il dünya çempionatının seçmə mərhələsinin CONMEBOL zonasının turnir cədvəlində 6-cı turdan sonra 15 xalla liderdir. Braziliya millisi isə 7 xalla 6-cı pillədədir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: