Meyson Qrinvud MY-ni “Atalanta”ya dəyişir

“Mançester Yunayted”in 21 yaşlı sağ cinah vingeri Meyson Qrinvud “Atalanta”ya qoşulmaq üçün tibbi müayinədən keçəcək.

Arena.az bu barədə “90 min” portalına istinadən məlumat verir.

Mənbənin məlumatına görə, tərəflər nəhayət ki, 21 yaşlı hücumçunun icarəsi ilə bağlı razılığa gəliblər. Qrinvud karyerasını bərpa etmək üçün İtaliyaya köçməyə hazırdır. İngilis hücumçunun icarə müddəti gələn mövsümün sonuna qədər nəzərdə tutulub. İyulun 11-də, çərşənbə axşamı günü Qrinvud “Atalanta”da tibbi müayinədən keçməlidir.

Xatırladaq ki, “qırmızı şeytanlar” perspektivli gənc hücumçusunu qarşıdakı 2023/2024 mövsümü üçün icarəyə göndərmək istəyirdilər. Qrinvud cəza səbəbindən keçən mövsümü buraxmışdı. Gənc futbolçunun adı xoşagəlməz əməllərdə hallanırdı. “Mançester Yunayted” rəhbərliyi adı zorlamada hallanan və barəsində təcavüz işi ilə əlaqədar klubdaxili araşdırma davan edən Qrinvuddan qurtulmaq istəyirdi. Klub rəhbərliyi müvafiq hadisənin “Mançester Yunaytad”in simasına ciddi zərər verə biləcəyindən hələ də narahatdır.

Meyson Qrinvud “Mançester Yunayted”in yetirməsidir və 2018-ci ildən əsas komandada çıxış edir. Qrinvud 30 yanvar 2022-ci ildən rəsmi oyunlarda iştirak etməyib. Ümumilikdə isə Qrinvud “qırmızı şeytanlar”ın heyətində 129 oyuna çıxıb, 35 qol vurub, 12 məhsuldar ötürmə verib. Hücumçu İngiltərə yığmasında 1 oyun keçirib.

Qrinvudun “Mançester Yunayted”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı Meyson Qrinvudu 50 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: