“Arsenal”ın baş məşqçisi Mikel Arteta UEFA Çempionlar Liqasının yarımfinalında PSJ-yə qarşı keçirdikləri cavab oyununu şərh edib.
Arena.az məlumat verir ki, ilk oyun çərçivəsində Londonda 0:1 hesablı məğlubiyyətə uğramış “topçular”, Parisdəki cavab oyununda da məğlubiyyət acısı yaşayaraq (1:2), mötəbər yarışla vidalaşıblar.
Mikel Arteta qarşılaşmadan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Eşq olsun onlara, mərhələni adladılar. Amma biz daha yaxşı idik. Ancaq gerçəklik – nəticədir. Biz məmnun ola bilmərik. Biz belə yaxşı mübarizə aparırdıq, onlardan daha güclü idik, bu gün bizim sadəcə bəxtimiz gətirmədi. İndi başa düşmək gərəkdir ki, biz nəyi təkmilləşdirə bilərik, çünki bizim səviyyəmiz var. Biz yeddi oyunçumuzun xidmətindən məhrum idik. Biz bura mövsümün ən ağır dönəmində gəlmişik – buna rəğmən, belə bir oyun nümayiş etdirdik”, – “RMC Sport” dərgisi ispan mütəxəssisdən sitat gətirir.
Mikel Arteta onu da bildirib ki, komandasının oyunçuları paltardəyişmə otağında göz yaşlarına qərq olublar:
“Mən öz oyunçularımın pərişanlığını gördüm, onlar paltardəyişmə otağında ağlayırdılar. Düşünürəmmi ki, ən yaxşı komanda məğlub oldu? Bəli, mən belə hesab edirəm. Bunu mən deyirəm, elə, onlar da bunu deyirlər – PSJ-nin məşqçilər qərargahı bunu mənə elə, indicə şəxsən dedi”, – “RMC Sport” dərdigi Artetadan sitat gətirir.
Beləliklə, “Arsenal” növbəti mövsümdə hər şeyi yenidən başlamalı olacaq.
Finala yükləsmiş PSJ isə həlledici oyunda İtaliya nəhəngi “İnter”ə rəqib olub. UEFA Çempionlar Liqasının cari mövsümünün “İnter” – PSJ finalı mayın 31-də Münhenin “Alyans Arena” stadionunda baş tutacaq.


