“Milan” 32 milyon avroya yeni futbolçu aldı

İtaliyanın “Milan” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, A Seriyası təmsilçisi Belçikanın “Brügge” klubundan Şarl De Ketelareni transfer edib.

Bu barədə Milan klubunun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. İtaliya klubu belçikalı futbolçu üçün “Brügge”yə 32 milyon avro ödəyəcək. Gənc futbolçu yeni komandasında 90 nömrəli formanı geyinəcək.

Şarl de Ketelare “Brügge”nin öz yetirməsidir. Hücumameylli yarımmüdafiəçi 2019-cu ildən əsas komandada çıxış edirdi. 21 yaşlı futbolçu bu komandada 120 oyuna çıxıb, 26 qola imza atıb.

Ketelare 2020-ci ildən dəvət aldığı Belçika yığmasında da 8 oyun keçirib, 1 qol vurub.