“Milan” 23 yaşlı isveçrəli dayaq yarımmüdafiəçisi Ardon Yaşarini “Brügge”dən tamhüquqlu əsasda “rossoneri”nin düşərgəsinə qatıb.
Arena.az bu barədə “Milan”ın mətbuat xidmətinə istinadən məlumat verir.
Tərəflər 5 illik – müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
Keçid İtaliya nəhənginə 36 milyon avro məbləğ müqabilində başa gəlib.
Ardon Yaşari “Lütsern”in məzunudur. “Dayaqçı”, həmçinin “Brügge” üçün çıxış edib.
Geridə qalmış mövsümdə Yaşari “Brügge” üçün 52 oyuna çıxıb, 4 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.
Ardon Yaşari 2022-ci ilin sentyabr ayında debüt etdiyi İsveçrə yığmasının heyətində 2 məhsuldar ötürmə ilə fərqlənib.
Yaşarinin qənimətlər muzeyində “Brügge” ilə qazandığı Belçika Kuboku (2025) var. Yaşari həmçinin 2024/2025-ci illər mövsümü Belçika çempionatında ilin oyunçusu seçilib.
“Transfermarkt” internet-portalı 23 yaşlı isveçrəli dayaq yarımmüdafiəçisinin transfer dəyərini 32 milyon avro məbləğində qiymətləndirir.


