“Milan” “Atalanta”nın İtaliyadan olan 31 yaşlı qapıçısı Marko Sportyellonu azad agent qismində transfer etməyə yaxındır.
Arena.az bu barədə italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən xəbər verir.
Mənbənin məlumatına görə, bu gün – iyunun 27-də “Milan” italiyan qapıçının transferi ilə bağlı sövdələşməni başa çatdıracaq.
“Atalanta” ilə müqaviləsi bu il iyunun sonunda başa çatacaq Sportyello, azad agent qismində “Milan”da tibbi müayinədən keçərək müqavilə imzalayacaq.
2022/2023 mövsümündə Sportyello “Atalanta”nın heyətində 15 oyun keçirib, 21 qol buraxıb, 2 oyunda qapısını toxunulmaz saxlamağı bacarıb.
“Transfermarkt” internet-portalı Marko Sportyellonu 1,5 milyon avro məbləğində qiymətləndirir.


