“Milan” Olivye Jirunu transfer etdi

İtaliyanın “Milan” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, A Seriyası nəhəngi İngiltərənin “Çelsi” klubundan ayrılan Olivye Jirunu transfer edib.

Bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb. 34 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Müqavilənin maddi detalları açıqlanmayıb. Fransalı hücumçu Milan təmsilçisində “9” nömrəli formanı geyinəcək.

Olivye Jiru 2018-ci ildən “Çelsi”də çıxış edirdi. O, ötən mövsüm İngiltərə Premyer Liqasında 17 oyunda meydana çıxıb və 4 qol vurub. Fransız oyunçu London təmsilçisində bütövlükdə 119 matça çıxıb, 39 qola imza atıb. O, əvvəllər “Qrenobl”, “İstr”, “Tur”, “Monpelye”, “Arsenal” klublarında da forma geyinib. Fransa yığmasında 110 matça çıxan hücumçu, 46 qolla yadda qalıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: