“Milan”ın baş direktoru niyə ölümlə hədələnib?

“Milan”ın baş direktoru Corco Furlani “rossoneri” ətrafında mətbuat və azarkeşlər tərəfindən olan təzyiqdən söhbət açıb.

Arena.az “Milan News” dərgisinə istinadən, Furlaninin bu barədə fikrini təqdim edir:

“Mən mətbuatın və azarkeşlərin klubumuz haqqında dediklərindən qaynaqlanan qeyri-sabitlikdən xəbərdar idim, amma başa düşmüşdüm ki, televiziyada deyilənlərdən, qəzetlərdə yazılanlardan qaçmaq mümkünsüzdür. Bu, həqiqətən pis günlərdə sizi vurur. Hətta daha da pis günlərim vardı, məsələn, ölüm təhdidləri aldığım zaman. Məsələn, ən yaxşı oyunçularımızdan biri olan Sandro Tonalini satdığımız zaman. Belə vaxtlarda düşünürdüm ki, Harvard biznes məktəbində bunu öyrətmirlər”, deyə “Milan”ın baş direktoru bildirib.

Xatırladaq ki, “Milan” 2023-cü ildə “rossoneri”nin italyan yarımmüdafiəçisi Sandro Tonalini futbolçunu öz iradəsinin əksinə və klub azarkeşlərinin istəyinə qarşı olaraq, “Nyukasl”a satmışdı. Bu, həmin vaxt İtaliyada böyük səs-küyə səbəb olmuşdu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: