“Milan”ın italyan ehtiyat qapıçısı Marko Sportyello otel otağında baş vermiş qəzada sol əlinin orta barmağının vətərini tamamilə cırıb.
Arena.az bu barədə “Football Italia” nəşrinə istinadən məlumat verir.
“Milan”ın təsdiqlədiyi kimi, 32 yaşlı qapıçı ABŞ-da cərrahi əməliyyat edilib. Sportyello bərpa mərhələsinə başlamaq üçün yaxın bir neçə gün ərzində İtaliyaya qayıdacaq. Amma qapıçın futbola nə vaxt qayıdacağı hələ məlum deyil. Hər şey bərpa mərhələsinin yekunları üzrə təxmin ediləcək.
Hazırda “Milan”ın yeni ehtiyat qapıçı axtarışlarına başladığı vurğulanır.
Marko Sportyello futbola “Dzibido-San-Cakomo” klubunda qədəm qoyub, buradan “Atalanta”nın yeniyetmələrdən ibarət komandasına yol tapıb. Sportyello karyerası ərzində “Serenyo”, “Poccibonsi”, “Atalanta”, “Karpi”, “Fiorentina”, “Frozino”ne və “Milan”da çıxış edib.
“Milan” Sportyellonu 2023-cü ilin iyulunda “Atalanta”dan azad agent qismində öz heyətinə qatıb. İtalyan qapıçının “rossoneri” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Sportyello “Milan”ın heyətində bütün yarışlarda 9 oyuna çıxıb, 12 qol buraxıb, 3 oyunda qapısının toxunulmazlığını təmin edib.
Marko Sportyello İtaliyanın gənclərdən ibarət U-21 komandasına dəvət alsa da, oyun keçirməyib. Sportyellonun milli komanda sərgüzəşti bununla da tamamlanıb.
Marko Sportyello böyük futbolda heç bir qənimət qazanmayıb.
“Transfermarkt” internet-portalı 32 yaşlı italyan qapıçı Marko Sportyellonun transfer dəyərini 1,5 milyon avro məbləğində qiymətləndirir.


