“Milli Aviasiya Akademiyası” qadın voleybolçular arasında keçirilən Azərbaycan çempionatının (Yüksək Liqa) bürünc medallarını qazanıb.
Arena.az xəbər verir ki, bu gün qadın və kişi voleyboçuların Yüksək Liqalarında üçüncü yer uğrunda oyunlar keçirilir.
Qadınların yarışında “Gəncə” və “Milli Aviasiya Akademiyası” komandaları üz-üzə gəliblər. “Tələbələr” ikinci görüşdə də gəncəliləri məğlub edərək bürünc mükafata sahib çıxıblar.
Kişilərin mübarizəsində isə bu gün bürünc medal uğrunda ilk matç keçiriləcək. “Neftçi” “Xilasedici”ni qəbul edəcək. Qeyd edək ki, iki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), “qızıl set” oynanılacaq.
Yüksək Liqa
20 aprel
Qadınlar (ikinci oyun)
“Milli Aviasiya Akademiyası” – “Gəncə” 3:2
İlk oyun – 3:1.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.
Kişilər (birinci oyun)
“Neftçi” – “Xilasedici”
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.


