Millimizin üzvü Rafael Vilela “Anderlext”də

Futzal üzrə Azərbaycan milli komandasının üzvü Rafael Vilela karyerasını Belçika çempionu “Anderlext”də davam etdirəcək.

Arena.az xəbər verir ki, bu barədə “Anderlext”in mətbuat xidməti məlumat yayıb.

30 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb. Rafael Vilela son mövsümü Rusiyanın “Tümen” komandasında keçirib.

Qeyd edək ki, “Anderlext”də Azərbaycan millisinin daha bir üzvü – Eduardo Borges də çıxış edir. Komanda mayda UEFA Çempionlar Liqasının “Dördlər finalı”nda iştirak edib. Növbəti dəfə Belçika çempionu olan “Anderlext” 2023/2024 mövsümündə də UEFA Çempionlar Liqasında Belçikanı təmsil edəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: