Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Molde” Norveç çempionatında növbəti oyununu keçirib.
Arena.az xəbər verir ki, sözügedən komanda 25-ci tur çərçivəsində səfərdə “Brann”la üz-üzə gəlib.
“Qarabağ”ın rəqibi bu oyunda məğlubiyyətə üzülüb – 2:3. Qonaqların heyətində Fredrik Gulbrandsenlə (5) Martin Ellinqsen (90+4, penaltidən) fərqləniblər.
Ardıcıl ikinci məğlubiyyətinə üzülən “Molde” bu mövsüm keçirdiyi 25 oyunda 44 xal qazanıb və 16 komanda arasında 5-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, “Qarabağ” Avropa Liqasının qrup mərhələsi çərçivəsindəki ilk matçını məhz Norveç klubuna qarşı keçirib və Bakıdakı oyunda 1:0 hesabıyla qalib gəlib. Bu komandalar arasındakı ikinci matç noyabrın 30-da Norveçdə baş tutacaq.
“Qarabağ”ın yer aldığı H qrupunda “Hakken” (İsveç) və “Bayer” (Almaniya) də var.


