Moldova – Azərbaycan matçının hakimləri açıqlandı

Bu gün Moldova və Azərbaycan milli komandaları arasında keçiriləcək yoxlama oyununun hakimləri müəyyənləşib.

Arena.az xəbər verir ki, sözügedən qarşılaşma Rumıniyadan olan hakimlər briqadasına həvalə olunub.

AFFA-nın rəsmi saytının yaydığı məlumata görə, qarşılaşmanın baş hakimi Marian Aleksandru Barbu olacaq. Ona yan xətt hakimləri Vladimir Urziça və Mirça Orbulet kömək edəcək. Dördüncü hakim funksiyasını isə İon Orliç yerinə yetirəcək.

Qeyd edək ki, Moldovanın paytaxtı Kişinyovdakı “Zimbru” stadionunda keçiriləcək oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Moldova – Azərbaycan qarşılaşması “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.