“Monako” Almaniya millisinin üzvü ilə gücləndi

Fransanın “Monako” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Liqa 1 təmsilçisi Almaniyanın “Köln” klubundan İsmail Yakobsu transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı sol cinah müdafiəçisi ilə müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalanıb.

“Monako” almaniyalı yarımmüdafiəçi üçün “Köln”ə 7 milyon avro ödəyib.

İsmail Yakobs Almaniyanın U-21 yığması ilə bu il keçirilən Avropa çempionatının qalibi olub. “Köln”ün öz yetirməsi olan müdafiəçi, 2019-cu ildən bu klubun əsas komandasında forma geyinirdi. O, bu komandanın heyətində son iki mövsüm ərzində 45 rəsmi matça çıxıb, 4 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: