Fransanın “Monako” klubu hücumçusu Entoni Musabanı Niderlandın “Neymegen” komandasına icarəyə verib. Arena.az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.
Niderlanddan olan 22 yaşlı forvard 2023-cü ilin 30 iyununa kimi öz ölkəsində çıxış edəcək. Müqavilədə satınalma ilə bağlı bənd yoxdur.
“Monako” Entoni Musabanı daha öncə “Brügge” və “Herenven” klublarına da icarəyə vermişdi. Gənc futbolçu “Neymegen”in yetirməsidir. O, 2019/20 mövsümündə bu komandanın heyətində 31 oyuna 9 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Məhz bundan sonra “Monako”nun maraq dairəsinə düşən forvard, 2020-ci ilin iyulunda Liqa 1 təmsilçisinə transfer olunmuşdu. Onun bu klubla müqaviləsi 2025-ci ilin 30 iyununa kimi nəzərdə tutulub.


